Gündəm

Bakıda icra başçısına yeni birinci müavin təyin olundu

Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) Başçısına birinci müavin təyin olunub.

Məlumata görə, bununla bağlı icra başçısı Adil Vəliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Başçının birinci müavini vəzifəsinə Abbas Zeynalov təyin edilib.

O, bu təyinatadək icra hakimiyyətinin Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, daha əvvəl Başçının birinci müavini vəzifəsində Elşən Həsənli işləyib. O, ötən ilin noyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.\\İqtisadiyyat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button