
Bərdə rayonunda yerləşən Ələddin Dadaşov adına Xanağalı kənd tam orta məktəbində bayram münasibətilə təntənəli tədbir təşkil olunub. Tədbirdə məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər. Bayram proqramı çərçivəsində şagirdlərin hazırladığı şeirlər, səhnəciklər, milli rəqslər və musiqi nömrələri nümayiş olunub. Milli adət-ənənələrimizi əks etdirən çıxışlar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışla qarşılanıb. Məktəbin direktoru çıxışında bildirib ki, Novruz bayramı xalqımızın ən qədim və ən əziz bayramlarından biridir. O qeyd edib ki, Novruz birlik, bərəkət, yenilənmə və milli-mənəvi dəyərlərimizin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.Direktor Jalə Mustafayeva vurğulayıb ki, bu cür bayram tədbirləri şagirdlərin vətənpərvərlik ruhunda böyüməsinə, milli adət-ənənələrimizi daha yaxından mənimsəməsinə böyük töhfə verir. O, bütün müəllim və şagird kollektivini bayram münasibətilə təbrik edərək onlara sağlamlıq, uğur və xoşbəxtlik arzulayıb.

















