
Milli-mənəvi dəyərlərimizi özündə cəmləşdirən Novruz bayramı münasibətilə Bərdə rayon Bərdə E.Əsədov adına Türkmən tam orta məktəbində ümumməktəb tədbiri keçirilmişdir.Tədbirdə məktəbin müəllim və şagird kollektivi fəal iştirak etmiş, Novruz adət-ənənələrini əks etdirən maraqlı səhnəciklər, şeirlər və musiqi nömrələri təqdim olunmuşdur. Bayram süfrəsi təşkil edilmiş, səməni, milli şirniyyatlar və digər atributlar nümayiş etdirilmişdir.Şagirdlər tərəfindən hazırlanan çıxışlar milli dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsinin vacibliyini bir daha vurğulamışdır. Sonda tədbir xoş əhval-ruhiyyə və bayram coşqusu ilə başa çatmışdır.














