GündəmXəbərlər

Neftçala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü və müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan tədbirdə və iftar süfrəsində iştirak etdim.

Azərbaycan qadını tarix boyu cəmiyyətimizin mənəvi dayağı, ailənin qoruyucusu və dövlətçiliyimizin möhkəm sütunlarından biri olub. Xanımlarımız elm, təhsil, səhiyyə, mədəniyyət, sahibkarlıq və ictimai-siyasi həyatın müxtəlif sahələrində fəal iştirak edərək ölkəmizin inkişafına dəyərli töhfələr verirlər.Ölkəmizdə qadınlara göstərilən diqqət və qayğı Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir.Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan qadınının humanizm, mərhəmət və yüksək mənəvi dəyərlərinin parlaq təcəssümüdür.Ramazan ayının ruhuna uyğun keçirilən tədbir birlik və həmrəyliyimizi bir daha nümayiş etdirdi. Şəhid ailələri ilə bir araya gələrək onların əziz xatirələrini yad edib, ruhlarına dualar etdik.Günay Ağamalı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri

.06 Mart 2026-cı il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button