
Hörmətli şəhid anaları,Əziz tərtərli qadınlar, ana və bacılar!Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik və uğurlar arzulayıram.Bu il 8 Mart Beynəlxalq Qadınlar Günü müqəddəs Ramazan ayında qeyd olunur. Allah tutduğunuz orucları qəbul etsin! Canınız sağ, süfrəniz həmişə ruzili, bərəkətli olsun!Qadın müqəddəslik, zəriflik, mərhəmət və fədakarlıq rəmzidir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev deyirdi: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi və millətinə, torpağına olan hədsiz məhəbbət və gözəlliyi ilə tanınmışdır.”Tərtər qadınları isə hər zaman öz zəhməti, sədaqəti və vətən sevgisi ilə seçilmişdir. Xüsusilə, Vətən müharibəsi dövründə və ondan əvvəlki çətin illərdə rayonumuzun qadınları böyük mərdlik və dözüm nümayiş etdirmiş, ailə dəyərlərini qoruyaraq gənc nəslin vətənpərvər ruhda yetişməsində müstəsna rol oynamışlar. Şəhid analarının, qazilərimizin həyat yoldaşlarının və bütün qəhrəman qadınlarımızın qarşısında baş əyir, onlara dərin ehtiramımı bildirirəm.Bu gün rayonumuzda qadınlar müxtəlif sahələrdə uğurla təmsil olunurlar; qadınlarımız rayonun ictimai həyatında fəal mövqe tutur, məsuliyyətli vəzifələr daşıyır və cəmiyyətimizin inkişafına layiqli töhfə verirlər. Dövlət quruculuğundan tutmuş biznes sahələrinədək hər yerdə zərif cinsin nümayəndələri layiqincə təmsil olunurlar.Əziz xanımlar!Siz ailənin dayağı, cəmiyyətin mənəvi sütunusunuz. Sizin qayğınız, sevginiz və zəhmətiniz sayəsində sağlam, savadlı və vətənpərvər nəsil yetişir. Ana adı ən ali addır və hər bir uğurumuzun arxasında qadınlarımızın əməyi dayanır.Rayonumuzda qadınların sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun artırılması, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, ictimai fəallığının gücləndirilməsi daim diqqət mərkəzindədir. Qadınların idarəetmədə və qərar qəbul etmə prosesində daha geniş təmsil olunması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.Prezident İlham Əliyevin sərəncamları ilə müxtəlif sahələrdə fərqlənmiş bir çox qadınlar yüksək mükafat və fəxri adlara layiq görülüblər. Qadınların ictimai-siyasi həyata daha çox cəlb olunması, uşaqların hüquqlarının təmin edilməsi və onlar üçün zəruri şəraitin yaradılması üçün ciddi işlər görülür. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamı olaraq ölkə rəhbəri İlham Əliyev tərəfindən aparılan islahatlar nəticəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Ali Qanunverici orqana xanımlar rəhbərlik edir.Əziz şəhid anaları, tərtərli qadınlar!Bu əlamətdar gün münasibətilə rayonumuzun ictimai-siyasi, sosial və mədəni həyatında fərqlənən, gənc nəslin tərbiyəsində xüsusi xidmətləri olan, əmək fəaliyyəti ilə seçilən qadınlarımıza dərin təşəkkürümü bildirirəm.Əminəm ki, Tərtər qadınları bundan sonra da öz bilik və bacarıqları, yüksək mənəvi keyfiyyətləri ilə rayonumuzun inkişafına töhfə verəcək, ailə dəyərlərimizin qorunmasında və möhkəmləndirilməsində mühüm rol oynayacaqlar.Bir daha hər birinizi bu müqəddəs Ramazan ayında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, sizə bahar təravəti, sevinc dolu günlər və yeni nailiyyətlər arzulayıram.Bayramınız mübarək olsun!