GündəmManşetXəbərlər

Məktəbdə silahlı hadisə: cəmiyyət üçün ciddi xəbərdarlıq

Məktəbdə baş verən bu dəhşətli hadisə cəmiyyəti ciddi düşündürməlidir: şagirdin avtomat əldə etməsi necə mümkün olub? Təhsil ocağı sayılan, təhlükəsiz məkan olması gərəkən bir mühitdə silahlı insidentin baş verməsi təkcə bir fərdin yox, bütövlükdə təhsil sistemin problemindən xəbər verir.Hadisə bir daha göstərdi ki, valideyn nəzarəti və məktəb rəhbərliyinin məsuliyyəti bəzən formal xarakter daşıyır. Bir şagirdin silaha çıxışı varsa, bu artıq təkcə həmin ailənin yox, onu əhatə edən bütün mühitin ciddi nöqsanıdır. Bu, sadəcə səhlənkarlıq deyil, gələcək üçün təhlükədir.Təhsil müəssisələri bilik verən məkan olmaqla yanaşı, həm də şagirdlərin psixoloji və fiziki təhlükəsizliyini təmin etməlidir. Məktəbdə silah gəzdirilməsi faktı isə göstərir ki, nə təhlükəsizlik mexanizmləri işləyir, nə də profilaktik tədbirlər lazımi səviyyədədir.Bu cür hadisələr cəmiyyətə açıq mesajdır: məsuliyyətsizlik faciəyə aparır. Valideynlər övladlarının kimlə ünsiyyətdə olduğunu, hansı mühitdə böyüdüyünü, nə ilə maraqlandığını bilməlidir. Məktəb rəhbərləri isə formal iclaslarla deyil, real nəzarət mexanizmləri ilə təhlükəsizliyi təmin etməlidir.Bu, sadəcə bir insident deyil bu biabırçılıqdır. Əgər bu gün ciddi nəticə çıxarılmasa, sabah daha ağır faciələrlə üzləşmək qaçılmaz olacaq. Təhsil ocaqları silah yox, elm və tərbiyə məkanı olmalıdır.

İctimai fəal: Vaqif Məhəmməd oğlu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button