
Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsində 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə anım tədbiri təşkil olunub.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.İdarə müdiri Sənan Mənsimli çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın tarixində xüsusi yer tutduğunu, bu qanlı günün qəhrəmanlıq və vətənpərvərlik nümunəsi olduğunu vurğulamış, şəhidlərin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını qeyd etmişdir. O, həmçinin gənc nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini bildirmişdir.Eyni zamanda, idarə əməkdaşları da çıxış edərək faciə ilə bağlı fikirlərini bölüşmüş, şəhidlərin qəhrəmanlıqlarını və Vətən uğrunda göstərdikləri fədakarlıqdan danışıblar.Tədbirin sonunda faciənin xatirəsinə videoçarx nümayiş etdirilib.#EduAz #MÜTDA #20Yanvar #Anımtədbiri




