
Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Bu gün əslən Qərbi Azərbaycandan olan millət vəkili, el qızımız Pərvanə Vəliyevanın doğum günüdür. Bu əlamətdar gün münasibətilə Pərvanə xanımı səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Pərvanə Vəliyeva xalqın problemlərinə həssas yanaşması, milli maraqların qorunmasına verdiyi xüsusi önəm, eləcə də Qərbi Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması istiqamətində gördüyü ardıcıl və məqsədyönlü işlərlə seçilir. Onun fəaliyyəti seçicilərin etimadını doğruldur və cəmiyyətdə rəğbətlə qarşılanır. El qızımızı bir daha doğum günü münasibətilə təbrik edir, şəxsi həyatında və ictimai-siyasi fəaliyyətində davamlı nailiyyətlər arzulayırıq.
Hörmətlə, Vaqif Mehemmed Oglu