
Bakıda təlim-məşq toplanışında olan Azərbaycanın U-21 millisi bu gün yoxlama oyununa çıxacaq. Qerbiazerbaycanaz.tv media xəbər verir ki, komanda Misli Premyer Liqası təmsilçisi “Şamaxı” ilə qarşılaşacaq.”Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.Qeyd edək ki, yığmamız ötən gün 1-ci liqa təmsilçisi “Səbail”lə yoxlama oyunu keçirib və 1:0 hesabı ilə qalib gəlib. “Şamaxı” isə bunadək “Sabah”a 0:2 hesabı ilə uduzub.