GündəmXəbərlər

“Hər tədbir Qərbi Azərbaycana aparan yolda mühüm addımdır” | TARİXÇİ ALİM

“Qərbi Azərbaycana qayıdışımız üçün atılan hər bir addım bu yolda irəliləyiş deməkdir. Ən böyük arzularımdan biri odur ki, bu addımlar daha da intensivləşdirilsin və proses sürətləndirilsin. Bu gün keçirilən bir sıra tədbirlər də Qərbi Azərbaycana aparan yolda görülən mühüm işlərdəndir. Sevindirici haldır ki, bu cür tədbirlərin sayı gündən-günə artır”.Bu sözləri Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova Qerbiazerbaycanaz.tv media açıqlamasında deyib. O bildirib ki, prosesi yaxından izləyir:“Cənab Prezidentə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki məhz o, bizi təşkilatlandırdı, ruhlandırdı və bu yolda bizə bir cığır, yol açdı. Əsas məsələ həmin yolda ardıcıl şəkildə addımlamaqdır. Xüsusilə Qubadlının Şurnuxu kəndinin azad olunması ilə bağlı Prezidentin səsləndirdiyi fikirlər və Qərbi azərbaycanlılar üçün bu bölgənin rəmzi mənası olduqca əhəmiyyətlidir”.Leyla Calalova bildirib ki, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi universitetlərdə yaradılmış araşdırma mərkəzləri vasitəsilə sistemli tədqiqatlar aparır:“Kəndlər, şəxsiyyətlər, toponimlər, kulinariya, flora və fauna daxil olmaqla demək olar ki, bütün sahələr üzrə materiallar və elmi məqalələr toplanır. Bu istiqamətdə yeni nəşrlər və tədbirlər də gözlənilir. Bu, ardıcıl və mütəmadi şəkildə keçirilən tədbirlər silsiləsidir. Rayonlarda, kəndlərdə, Qərbi azərbaycanlıların kompakt yaşadığı ərazilərdə, eləcə də kitab təqdimatları çərçivəsində müxtəlif tədbirlər təşkil olunur. Proses davamlı və sistemlidir”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button