Gündəm

Bərdə Rayonunda İlkin Tibbi-Sanitariya Yardımı Pilot Layihəsinin 1-ci İlinin Yekunları Təqdim Olundu

Qerbiazerbaycanaz.tv media xəbər verir ki, “Azərbaycanda ilkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsinə dair konsepsiya sənədi”ndə nəzərdə tutulmuş hədəflər çərçivəsində Bərdə rayonunda pilot layihənin 1-ci ilinin yekunlarına həsr olunmuş tədbir keçirilib. Bərdə Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən tədbirin məqsədi pilot layihənin tətbiqindən sonrakı mövcud vəziyyətin qiymətləndirilməsi, əldə olunmuş nəticələrin təhlili, eləcə də qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi olub. Tədbirə TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı, Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov, tibb müəssisəsinin ilkin səhiyyə xidməti üzrə müavini Peyman Bədəlzadə, kənd həkim/tibb məntəqələrinin rəhbər heyəti, 1-ci və 2-ci Ailə Sağlamlıq Mərkəzində fəaliyyət göstərən həkimlər və böyük tibb bacıları qatılıblar. Tədbir çərçivəsində pilot layihə ilə bağlı təqdimatlar nümayiş olunub. Qeyd edək ki, ilkin-tibbi sanitariya yardımına dair pilot layihə 2025-ci ilin yanvar ayından etibarən Bərdə rayonunda tətbiq olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button