Xəbərlər

Qəhrəmanlar unudulmur! Şəhid Kənan Süleymanlının ailəsinə ziyarət

Qəhrəmanlar unudulmur! Şəhid Kənan Həsənovun ailəsinə ziyarət2025-ci il dekabrın 20-də “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə Vətən Müharibəsinin qəhrəman şəhidlərindən biri, Kənan Süleymanlının ailəsi ziyarət olundu. Ziyarətdə birliyin sədri Turanə Orucova, Bakı şəhəri Nizami Bələdiyyəsinin sədr müavini Abbasova Yeganə Ziyad qızı və pedaqoq-şair Məmmədova Zöhrə Qara qızı iştirak etdilər.Ziyarət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolu, vətənə bağlılığı və qəhrəmanlığı dərin hörmət və ehtiramla xatırlandı. Şəhid ailəsi ilə səmimi görüş keçirildi, onların fikirləri dinlənildi və mənəvi dəstək verildi.Ziyarət çərçivəsində şəhid Kənan Həsənovun həyat və döyüş yolunu əks etdirəcək kitab layihəsi barədə də geniş müzakirələr aparıldı. Bu təşəbbüsün məqsədi şəhidimizin adını əbədiləşdirmək, onun qəhrəmanlığını gələcək nəsillərə nümunə göstərməkdir. Bu kimi ziyarətlər yalnız bir vəzifənin yerinə yetirilməsi deyil, həm də xalqımızın şəhidlərə olan yüksək qiymətinin, vəfa və ehtiram hisslərinin ifadəsidir. Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayır.Şəhid Kənan Süleymanlının anası, Səadət xanım üçün Pedaqoq-şair Zöhrə Qaraqızı tərəfindən qələmə alınmış duyğulu şeir də ziyarətin mənəvi hissəsini tamamladı:Bayraq günü gördüm o xiyabanda, Qeyrətinə qurban, Səadət ana! Səbirli qəlbinlə tanıtdın bizə, Söhbətinə qurban, Səadət ana!Nə qədər qürurlu dayanıb durdun, Oğlunun adına məclislər qurdun. Söylədin: “Oğullar qoruyar yurdu!” Hikmətinə qurban, Səadət ana!Şəhid anası tək ucadır başın, Daha üzün gülsün, axmasın yaşın. Bütün Azərbaycan – oğlun, qardaşın, Qüdrətinə qurban, Səadət ana!Üçrəngli bayrağa pənah gətirdin, Ana duasını elə yetirdin. Bu xalqa, millətə sevgi ötürdün, Hörmətinə qurban, Səadət ana!Adı, əməliylə ucaldı Kənan, Yağıdan, düşməndən öç aldı Kənan. Şəhid tək müqəddəs tac aldı Kənan, Şöhrətinə qurban, Səadət ana!Qəhrəmanlarımızı tanımaq, tanıtmaq və unutmamaq -ən böyük mənəvi vətəndaşlıq borcumuzdur. Onların şücaəti və xatirəsi daim qəlbimizdə yaşayacaqdır.Ruhun şad olsun Kənan!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button