Xəbərlər

Günay Ağamalı Salyan rayonunda vətəndaşlarla növbəti görüş keçirdi- FOTOLAR

AzTimes.az xəbər verir ki,06 dekabr 2025-ci il tarixində Milli Məclisin deputatı Günay Ağamalının Salyan rayonu, Boranıkənd kəndi şəhid Aqil Kərimov adına ümumi orta məktəbdə vətəndaşlarla növbəti görüşü baş tutub.

Görüşdən öncə müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı və ölkəmizin suverenliyinin bərpası uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra deputat Günay Ağamalı qısa müddət ərzində görülmüş işlər, həmçinin vətəndaşların əvvəlki müraciətləri əsasında həllini tapmış məsələlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

Görüşün davamında millət vəkili vətəndaşların səsləndirdiyi müraciət və təklifləri dinləyib. Qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılacağı və həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilib.Qeyd edək ki, bu cür görüşlər seçicilərlə birbaşa ünsiyyətin gücləndirilməsi və onların problemlərinin operativ şəkildə həllinə töhfə vermək məqsədi daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button