Dünya

Əfqanıstanda güclü zəlzələ olub

Əfqanıstanın Bağlan əyalətində 5,6 bal gücündə zəlzələ olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Nəhrin şəhərindən 62 kilometr şimal-qərbdə olub. Yeraltı ocağı isə 35 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntılar və zərərçəkənlər barədə hələ ki, məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button