Dünya

Fidan Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq şərtini açıqlayıb


Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Ermənistanla münasibətləri normallaşdırmaq şərtini açıqlayıb.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

“Azərbaycan və Ermənistan sülh müqaviləsini imzaladıqda, İrəvanla münasibətləri normallaşdırmaya hazırıq”, – H.Fidan deyib.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri həmçinin qeyd edib ki, rəsmi Ankaranın İrəvanla dəfələrlə elan etdiyi siyasəti mövcuddur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button