Siyasət

Prezident “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ni təsdiq edib

Azərbaycan Prezidenti İlham Əliyev “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ni təsdiq edib.

“İki sahil” xəbər verir ki, dövlət başçısı Əsasnamənin təsdiq edilməsi barədə Fərman imzalayıb.

Prezidentin imzaladığı sənədə əsasən, Nazirlər Kabineti Nümunəvi Əsasnamənin tələbləri nəzərə alınmaqla, mərkəzi icra hakimiyyəti orqanlarının əsasnamələrinin təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button