Gündəm

Şahbaz Şərifin Rusiyaya səfəri planlaşdırılır

Pakistanın Baş naziri Şahbaz Şərifin 2026-cı ilin birinci rübündə Rusiyaya səfərinə hazırlıq gedir.

“İki sahil”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Pakistanın Moskvadakı yeni səfiri Faysal Niyaz Tirmizi Federasiya Şurasının sədr müavini Konstantin Kosaçevlə görüşündə bildirib.

“Biz baş nazirin 2026-cı ilin birinci rübündə Rusiya Federasiyasına səfəri üzərində işləyirik”, – o qeyd edib.

Yeni səfir qeyd edib ki, artıq iki həftədir Rusiyadadır, Samara və Kaluqada olub, sabah isə Kazana yola düşür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button