Gündəm

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbəmizin 5 illiyinə həsr olunan “Vətən müharibəsi – 5 il: Birliyin zəfəri” adlı tədbirdə həmkarlarla birlikdə iştirak etdik.

44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin qətiyyətli siyasətinin, Azərbaycan xalqının birliyinin, Ordumuzun qüdrətinin parlaq təntənəsi idi. Zəfər dövlətimizin gücünün, milli ruhumuzun təzahürüdür.

Şəhidlərimizin müqəddəs ruhu qarşısında dərin ehtiramla baş əyir, qazilərimizə sağlamlıq və uzun ömür diləyirəm.

Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevə xalqımıza bəxş etdiyi Qələbə və Vətənə göstərdiyi misilsiz xidmətlərə görə deputat seçildiyim 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin vətəndaşları və öz adımdan dərin minnətdarlığımı bildirirəm.

Şəhidlərimizin müqəddəs ruhu qarşısında dərin ehtiramla baş əyir, qazilərimizə sağlamlıq və uzun ömür diləyirəm.

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button