Gündəm
Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan incəsənət xəzinəsi” adlı yeni daimi ekspozisiyanın açılış mərasimində iştirak etdik.

Zəfər Günü ərəfəsində təqdim olunan bu ekspozisiya xalqımızın zəngin mədəni irsini, bədii zövqünü və yaradıcılıq ənənələrini bir daha nümayiş etdirir. Tunc dövründən XX əsrin əvvəlinədək incəsənətimizin inkişaf yolunu əks etdirən sərgi sənət hadisəsi olmaqla yanaşı, eyni zamanda Vətən müharibəsində qazanılmış tarixi Qələbəmizin, milli qürur və qalibiyyət ruhunun rəmzidir.
Azərbaycan incəsənətinin qədim köklərini və zəngin ənənələrini əks etdirən bu ekspozisiyanın yaradılmasında əməyi olan hər kəsə təşəkkür edir, sənət və mədəniyyətimizin gələcək nəsillərə ötürülməsi istiqamətində uğurlar diləyirəm.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.









