Deputat: “Gənclərin düzgün istiqamətləndirilməsi dövlətimizin gələcəyi üçün vacibdir

Gənclərimizin sağlam düşüncəli, məqsədyönlü və mənəvi dəyərlərə bağlı yetişməsi dövlətimizin gələcəyi baxımından strateji əhəmiyyət daşıyır.
“Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən “Gənclərin səsi: Narkotiklərə Yox!” adlı maarifləndirici proqramında iştirak edərək mövzunun psixoloji tərəflərinə toxundum.
Narkomaniya həm də psixoloji mübarizədir. Gənclərin mənəvi boşluq yaşamaması, ailə və cəmiyyət tərəfindən diqqət və sevgi ilə əhatə olunması, onlarda özünəinam və həyat məqsədi formalaşdırılması bu mübarizənin əsas dayaqları olduğunu vurğuladım.
Sağlam düşüncə sağlam gələcəyin təməlidir. Bu istiqamətdə atılan hər bir addım gənclərimizin gələcəyinə qoyulan töhfədir.
Təşkilatçılara və iştirakçılara təşəkkür edir, belə sosial və psixoloji maarifləndirici layihələrin davamlı olmasını diləyirəm.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.
21 Oktyabr 2025-ci il