Dünya

Kanadada 11 ölkənin iştirakı ilə hərbi təlimlər başlayır

Bu gün Kanadanın Nyu-Bransuik əyalətində partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə beynəlxalq hərbi təlimlər başlayır.

“İki sahil” xəbər verir ki, bu barədə Kanada hökuməti bəyanat yayıb.

Təlimlərin oktyabrın 29-a kimi davam edəcəyi bildirilir. “Ardent Defender-2025” adlı hərbi manevrlər Kanadanın “Qeyctaun” hərbi bazasında keçiriləcək. Təlimlərdə Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Almaniya, Kanada, Niderland, Yeni Zelandiya, Slovakiya, İsveç və Çexiyadan hərbçilər iştirak edəcək.

Ümumi şəxsi heyətin sayı barədə məlumat verilmir.

Təlimlər zamanı partlamamış sursatların və kustar üsulla hazırlanmış partlayıcı qurğuların məhv edilməsi, eləcə də onların təhlükəsiz zərərsizləşdirilməsi üzrə müxtəlif mümkün ssenarilərin məşqi keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button