Cəmiyyət

Bakıda 20-dən çox restoran və şadlıq sarayı CƏZALANDIRILIB – SİYAHI


Cari ilin 9 ayı ərzində Bakı şəhərində keçirilən yoxlamalar zamanı 521 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 23 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Həmin müəssisələrdən 11-i tam sağlamlaşdırılaraq, yəni qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 7-də müvafiq tədbirlər görülməkdədir, 5 sahibkar obyektdə fəaliyyətini tamamilə dayandırıb.

Sözügedən müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyektiObyektFəaliyyət ünvanıSağlamlaşdırma işləri
1Məqsud Əzizağa oğlu Sayılov“Fish House” kafesiBinəqədi rayonu, N.Nərimanov küçəsi, ev 15FTam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub
2Tovuz Kazım qızı Xəlilova“Qərənfil” kafesiBinəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq pr., ev 209Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub
3Fiziki şəxs Allahverdi Abbas oğlu Ələkbərov“Üzeyir” şadlıq sarayıBinəqədi rayonu, M.Cəlal küçəsi, ev 105Sağlamlaşdırılma işləri davam edir
4Fiziki şəxs Baxış Sərvər oğlu Hüseynovqutab eviBinəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 8-ci mkrSahibkar həmin obyektdə fəaliyyətini tamamilə dayandırıb
5Rizvan İmran oğlu Hüseynov“Füzuli” kafesiYasamal rayonu, M.Xiyabani küçəsi 14Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub
6Fiziki şəxs Rəqaib Ağa oğlu Rəhmanlı“Təndir Çörəyi” emal və satış obyektiYasamal rayonu, B.Səfəroğlu və M.Muxtarov küçələrinin kəsişməsiSahibkar həmin obyektdə fəaliyyətini tamamilə dayandırıb
7Fiziki şəxs Elvin Əlisafa oğlu Əliyev2 nömrəli Bakı Baza Tibb Kollecinin yeməkxanasıYasamal rayonu, A.M.Şərifzadə küçəsi 204Sahibkar həmin obyektdə fəaliyyətini tamamilə dayandırıb
8Pərviz Almas oğlu Dadaşov“Top Qapı” restoranıNərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, ev 26Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub
9Aslan Ziyatxan oğlu Bayramov“Dəli Kür” restoranıXətai rayonu, Babək prospekti 23/40Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub
10Yaşar Vəli oğlu Əliyev“Sarı Qaya” restoranıXətai rayonu, Zığ şosesiTam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub
11Fiziki şəxs Gülnar Xankişi qızı Cəfərzadə“Dönər Store” kafesiXətai rayonu, Zığ şosesi, ev 3FSağlamlaşdırılma işləri davam edir
12Məhəmmədəli İsgəndər oğlu Məmmədov“Çinar” kafesiNəsimi rayonu, A.Səhhət küçəsi, ev 65, mənzil 1Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub
13İslam Güloğlan oğlu Əzimov“Kainat” kafesiNəsimi rayonu, 5-ci mkr, 20 Yanvar küçəsiTam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub
14Fiziki şəxs Zeynəb Salamulla qızı Bədəlova“Bizim Məkan” kafesiNəsimi rayonu, A.Mustafayev küçəsi, ev 3Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub
15Fiziki şəxs Şahin Mikayıl oğlu Uğurliyev“Yaxşı insanlar” kafesiNəsimi rayonu, A.A.Bakıxanov küçəsi, ev 7, mənzil 7ASahibkar həmin obyektdə fəaliyyətini tamamilə dayandırıb
16Daşqın İslam oğlu Manafov“Meh” kafesiSəbail rayonu, Ə.Yaqubov küçəsi, ev 18Sağlamlaşdırılma işləri davam edir
17Vahid Musa oğlu Rəhimov“Xarı Bülbül” şadlıq sarayıNizami rayonu, B.Çobanzadə küçəsi, 2505-ci məhəlləTam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub
18Fiziki şəxs Zakir Mikayıl oğlu Mehdiyev“Reyhan” kafesiNizami rayonu, Q.Qarayev küçəsi 120Sahibkar həmin obyektdə fəaliyyətini tamamilə dayandırıb
19Xalid Şəfaddin oğlu Şirvanov“Dönər House” kafesiXəzər rayonu, F.Tahirov küçəsiSağlamlaşdırılma işləri davam edir
20Vəfadar Kərimov“Qırmızı Körpü” kafesiSuraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, S.Cəfərov küçəsi 12BTam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub
21Fiziki şəxs Şahməmməd Qılman oğlu Əlicanov“Lökbatan” kafesiQaradağ rayonu, Lökbatan ştq, N.Nərimanov küçəsi, ev 15Sağlamlaşdırılma işləri davam edir
22Fiziki şəxs Vüsal Vüqar oğlu Səmədov“Manqal №1” restoranıQaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərk” ticarət mərkəziSağlamlaşdırılma işləri davam edir
23Fiziki şəxs Zahir Həsən oğlu Abbasov“Ay İşığı” restoranıQaradağ rayonu, Yeni yaşayış massiviSağlamlaşdırılma işləri davam edir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button