1 Oktyabr Azərbaycanda Prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunur.

1 Oktyabr Azərbaycanda Prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu gün yalnız bir peşə bayramı deyil, eyni zamanda qanunun aliliyinə, ədalətə və vətəndaşların hüquqlarına xidmət edən şərəfli bir missiyanın təntənəsidir.
Prokurorluq orqanları dövlətin hüquq mühafizə sistemində xüsusi yer tutur. Onların fəaliyyəti yalnız qanunların icrasına nəzarət etməklə məhdudlaşmır, həm də cəmiyyətin sabitliyinə, insanların təhlükəsizliyinə və ədalət mühitinin möhkəmlənməsinə xidmət edir. Prokurorluq əməkdaşları hər bir vətəndaşın hüququnun qorunmasında, ədalətsizliyə qarşı mübarizədə prinsipiallıq nümayiş etdirirlər.Azərbaycan prokurorluğunun inkişaf yolu zəngin tarixə malikdir. Bu orqan uzun illər ərzində dövlətçiliyimizin möhkəmlənməsi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması istiqamətində mühüm işlər görmüşdür.Xüsusilə qeyd edilməlidir ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində hüquq-mühafizə orqanlarının, o cümlədən prokurorluğun inkişafı üçün geniş imkanlar yaradılmış, qanunun aliliyinin təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Ulu Öndərin əsasını qoyduğu bu xətt bu gün də öz davamlılığını qoruyur.Müasir dövrdə də prokurorluq əməkdaşları öz bilik və peşəkarlıqları ilə qanunun aliliyinin təmin olunmasına, dövlətimizin hüquq sisteminin möhkəmlənməsinə xidmət edirlər. Bu əlamətdar gün münasibətilə bütün prokurorluq əməkdaşları səmimi qəlbdən təbrik edirəm. Onların şərəfli və məsuliyyətli xidmətlərinə uğurlar, dövlətimiz və xalqımız naminə fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.Qoy Prokurorluq işçilərinin peşə bayramı hər zaman qanunun keşiyində, ədalətin bərqərar olunmasında və haqqın müdafiəsində göstərilən fədakar xidmətlərin rəmzi olsun…
İctimai fəal Vaqif Məhəmməd oğlu
