Dünya

Venesuelada 6,2 maqnitudada zəlzələ olub

Venesuelanın qərbində 6,2 maqnitudada zəlzələ baş verib.

“Report”un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.

Zəlzələnin episentri 244 min insanın yaşadığı Valera şəhərindən 68 km şimal-qərbdə, ocağı 8 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button