Hadisə

Astarada ağır qəza- 16 yaşlı sərnişin öldü

Ötən gün saat 21:30 radələrində Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Çayoba kəndi ərazisində “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişin Vaqo kənd sakini, 2009-cu il təvəllüdlü İgid Ramin oğlu Salayev aldığı ağır xəsarətlərdən vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button