Dünya

Paşinyan Pezeşkianı Ermənistana dəvət edib

Ermənistanın baş naziri Nikol Paşinyan ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İRNA agentliyi məlumat verib.

Məlumata görə, Paşinyan ötən ay baş vermiş faciəvi hadisələrlə bağlı İran prezidentinə başsağlığı verib.

Danışıq zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə edilib.

Həmçinin Nikol Paşinyan Məsud Pezeşkianı Ermənistana rəsmi səfərə dəvət edib.

Ermənistanın baş naziri ölkəsinin İranla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

“Biz görüşmək və iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətin genişləndirilməsi yollarını ətraflı müzakirə etmək üçün Ermənistana səfərini səbirsizliklə gözləyirik”, – deyə o bildirib.

Nikol Paşinyan

Məsud Pezeşkian

Ermənistan

İran

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button