Dünya
Generalın ölümü təsdiqləndi

General Səid İzadinin öldürüldüyü təsdiqlənib.
Milli.Az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (Sepah) general Səid İzadinin öldürülməsini rəsmən təsdiqləyib.
Qurumun yaydığı açıqlamada bildirilir ki, general Məhəmməd Səid İzadi (tanınmış ləqəbi ilə “Hac Rəhmadan”) İsrailin endirdiyi hava zərbəsi nəticəsində iyunun 21-də Qum şəhərində həlak olub.
İzadi İranın Qüds Qüvvələrinin “Fələstin korpusu”na rəhbərlik edirdi və İsrail tərəfindən HƏMAS-la əlaqələrin əsas fiquru kimi tanınırdı.
Onun ölümü bir neçə gün əvvəl İsrail Müdafiə Nazirliyi tərəfindən elan olunsa da, Sepah bunu bu gün rəsmi olaraq təsdiqləyib.