Baş nazir Ünal Üsteldən Azərbaycanlı gəncə xüsusi diqqət: “Tarixini bilən gənclik gələcəyin təminatıdır”

Bakı – Serdar Şengül
Azərbaycanla sıx əlaqələrini davam etdirən Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel, Bakıda keçirilən II Türk Ticarət Sərgisi çərçivəsində gənclərlə qurduğu səmimi dialoqlarla diqqət mərkəzində oldu. Onun xüsusi maraq göstərdiyi şəxslərdən biri isə Azərbaycan tarixi, xüsusilə də Qərbi Azərbaycan və İrəvan xanlığı barədə dərin bilgiləri ilə seçilən gənc fəal Kenan Əliyev idi.
Sərgi zamanı Baş nazir Üstalə Azərbaycan tarixinin az tanınan, lakin önəmli dövrləri haqqında ətraflı məlumat verən Kenan Əliyev, həmçinin ŞKTC və Azərbaycan arasında mövcud olan ortaq tarixi taleyə diqqət çəkdi. O, “Sizdə rumlar, bizdə ermənilər – bu, eyni ağrını yaşayan iki türk toplumunun ortaq tarixidir” deyərək, Qərbi Azərbaycana qayıdışla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin göstərişini səbirsizliklə gözlədiklərini bildirdi.
Gənc yaşına baxmayaraq dərin tarix bilgisi və strateji baxışı ilə seçilən Kenan Əliyev, Baş nazir Üstelin xüsusi rəğbətini qazandı.
ŞKTC Baş naziri Ünal Üstel, Kıbrıs Türk mediasının Azərbaycan təmsilçisi Serdar Şengülə verdiyi müsahibədə qeyd etdi ki, bu cür görüşlər yalnız rəsmi dairələrlə deyil, xalqın bütün təbəqələri ilə – “7-dən 70-ə” hər kəslə qurulmalıdır:
“Tarixini, kökünü tanıyan bir gənclik, millətin gələcəyinə zəmanətdir.”
Sonda Üstel, Kenan Əliyevə tarixə olan marağı və milli şüuru üçün təşəkkür edərək, onu gələcək nəsillərə örnək göstərdi. Görüşün sonunda xatirə şəkli çəkdirilərək bu mənalı an əbədiləşdirildi.