Siyasət

Pezeşkian İranın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul etdi – FOTO

İran Prezidenti Məzud Pezeşkian Azərbaycana yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.

Bu barədə İran Prezidentinin rəsmi saytında məlumat verilib.

Məlumata deyilir ki, İran Prezidenti Bakıya səfərinə toxunub və səfərinin Azərbaycan Respublikası ilə əlaqələrdə müsbət sıçrayışa səbəb olduğunu vurğulayıb.

Eyni zamanda, Pezeşkian İranın Çin, Fil Dişi Sahili, Meksika, Kuba və Uruqvaydakı yeni səfirlərini qəbul edib.

Pezeşkian səfirlərlə görüşdə bildirib ki, müxtəlif ölkələrlə əməkdaşlığın genişləndirilməsi İranı gücləndirir.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button