Hadisə

Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ

Azərbaycanın ən yaşlı kişi vətəndaşı Hilal İbrahimov vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə Modern.az-a onun yaxınları məlumat veriblər.

Belə ki, 1915-ci il təvəllüdlü Hilal İbrahimov ötən gecə dünyasını dəyişib.

Hilal İbrahimovun səkkizi qız, ikisi oğlan olmaqla 10 övladı olub. Ölkəmizin ən yaşlı sakininin 22 nəvəsi, 18 nəticəsi var.

Qeyd edək ki, bir neçə həftə öncə Hilal İbrahimov yıxılmış və sol bud sümüyünün boyun sınığı yaranmışdı. O, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında əməliyyat olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button