Cəmiyyət

Salyan rayon Mədəniyyət Mərkəzində “Novruz xalqımızın milli varlıq, mənəviyyat xəzinəsidir” adlı tədbir baş tutub.

Xalqımızın ruhunu, mənəviyyatını tərənnüm edən bahar ovqatlı tədbirdə Milli Məclisin deputatı Günay Ağamalı da iştirak edib.

Deputat çıxışında Novruzun xalqımız üçün birlik və həmrəylik simvolu olduğunu vurğulayaraq, bu kimi tədbirlərin milli dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Tədbir çərçivəsində Novruzun atributları nümayiş etdirilib, bədii kompozisiyalar təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button