Cəmiyyət

Anar Məmmədov “Azərişıq” rəhbərliyinə təşəkkür etdi – Fotolar

Milli Məclisin deputatı Anar Məmmədov “Azərişıq” ASC-nin rəhbərliyinə təşəkkürünü bildirib.

“Qafqazinfo” xəbər verir ki, deputat tərəfindən daxil olmuş müraciətlə əlaqədar olaraq Goranboy rayonunun Yeni Yol kəndində 400-ə yaxın sakinin fərdi evi normal elektrik enerjisi ilə təmin edilib, 100-ə yaxın ailə üçün 10 kVa gücündə transformator yarımstansiyası quraşdırılıb.

Bu münasibətlə Anar Məmmədov Yeni Yol kəndində  kənd sakinləri ilə görüşüb, onları təbrik edib, eyni zamanda ünvanlanan müraciətə operativ reaksiya verdiyinə görə “Azərişıq” ASC-nin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Görüşdə millət vəkili ilə yanaşı rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri və qazilər də iştirak edib.

Sakinlər də rayona göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button