“Barronun Azərbaycanı hədəf alan fikirlər səsləndirməsi rəsmi Parisin qərəzli mövqeyinin təzahürüdür” – DEPUTAT

Xəbər verdiyimiz kimi Fransanın xarici işlər naziri Jan-Noel Barronun Azərbaycanı xarici ərazilərin işlərinə qarışmaqda ittiham edib.Bununla bağlı Sonxeber.az-a Milli Məclisin deputatı, “Ana Vətən” Partiyasının sədr müavini Günay Ağamalı danışıb.Deputat qeyd edib ki, Fransa xarici işlər naziri Jan-Noel Barronun Azərbaycanı hədəf alan fikirlər səsləndirməsi rəsmi Parisin qərəzli və qeyri-konstruktiv mövqeyinin təzahürüdür:”Fransa imperiya ənənələrini bu gün də davam etdirərək xarici ərazilərində müstəmləkəçiliyin müasir forması olan neokolinalizim siyasətini həyata keçirir. Yeni Koledoniya, Poleneziya və bir çox bölgələrdə yerli xalqlar istismar edilir, onların hüquqları tapdalanır və məcburi şəkildə fransız mədəniyyətinin transformasiyası həyata keçirilir.Bu kimi hallar çağdaş dünyamızın prinsiplərinə və demokratik dəyərlərə ziddir.Azərbaycan Fransanın daxili işlərinə müdaxilə etmir. Biz sadəcə imperiya zülmündən əziyyət çəkən xalq kimi neokolinalist yanaşmalara və imperialist meyllərə qarşı mübarizə aparırıq. Bu mənada Bakı Təşəbbüs Qrupunun fəaliyyəti tamamilə hüquqi əsaslara və ədalət prinsiplərinə söykənir. Fransa xarici işlər nazirinin qurumun fəaliyyətinə kölgə salmaq cəhdləri həqiqətlərdən qaçmaq və fərqli istiqamətlərə yönəltmək cəhdidir”.