Cəmiyyət

Əsirlikdən azad edilən Aqşin və Hüseyn ailələrinə qovuşdular – YENİLƏNİB + VİDEO

Əsirlikdən azad edilən hərbçilərimiz Hüseyn Axundov və Aqşin Bəbirov ailələrinə qovuşublar.

Bu barədə AzTV məlumat yayıb.

Həmin görüntüləri təqdim edirik:

https://t.me/oxuaze/73282?embed=1
https://t.me/oxuaze/73284?embed=1

00:19

Əsirlikdən azad edilən hərbçilərimiz Hüseyn Axundov və Aqşin Bəbirov artıq xəstəxanaya yerləşdirilib.

Bu barədə Baku TV-nin əməkdaşı bildirib.

“Səkkiz aylıq əsirlikdən sonra onların müayinə olunması, tibbi müayinədən keçməsi zəruri idi və onlar xəstəxanaya yerləşdirilərək tibbi müayinədən keçəcəklər. Üç günlük tibbi müayinədən sonra isə onların ailəsi ilə görüşü təyin olunacaq, evə buraxılacaqlar”.

https://youtube.com/watch?v=-y35I_kgFNk%3Fsi%3Dyqz4V3_q15NSFnSa

13.12.2023, 21:10

Bu gün Qazax-İcevan sərhədində (Bala Cəfərli kəndində) Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən, saxlanılmış hərbçilərin mübadiləsi baş tutub.

Baku TV əldə olunan razılaşmalar nəticəsində azad olunan Hüseyn Axundov və Aqşin Bəbirovun evinə yollanıb.

Canlı yayımı təqdim edirik:

https://youtube.com/watch?v=yw4_gfKWg4w%3Fsi%3DppcNwG4BoZrBmeRo

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı bu ilin dekabrın 7-də birgə məlumat yayıblar.

Bildirilib ki, tərəflər arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə iki Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Razılaşma Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində əldə olunub və heç bir üçüncü ölkə tərəfindən vasitəçilik edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button