Gündəm
Milli Məclisin deputatı Günay Ağamalının Salyan rayonunun Şorsulu kəndində vətəndaşlarla görüşü keçirildi.

Torpaqlarımızın azadlığı və suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi. Daha sonra Millət vəkili qısa müddət ərzində görülmüş işlər və həllini tapmış problemlər haqqında görüş iştirakçılarına məlumat verdi.
Ardınca, Millət Vəkili Günay Ağamalı seçicilərin qaldırdığı cari problemləri və təklifləri dinlədi, onların həlli istiqamətində zəruri işlərin görüləcəyini diqqətə çatdırdı.














