Xəbərlər

Baş nazir Ciorcia Meloni: Fəaliyyətimin kompası milli maraqların müdafiəsidir

“Mənim fəaliyyətimin kompası milli maraqların müdafiəsidir”. Qerbiazerbaycanaz.tv xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni “Corriere della Sera” jurnalına müsahibəsində deyib.“İtaliyalılar bizi son dərəcə mürəkkəb bir mərhələdə ölkəni idarə etməyə çağırdılar. Biz həmişə yeganə kompasa – milli maraqlara uyğun hərəkət etməyə çalışmışıq. Hər şeyi daha da yaxşı etmək olar. Hər addımın arxasında həmişə büdrəmək riski var, lakin bu, hərəkətsiz qalmaq üçün əsaslı səbəb deyil. Yalnız heç nə etməyənlər səhv etmirlər. Peşman deyiləm və heç vaxt utanacağım bir seçim etməmişəm. Çünki bu iki il yarım ərzində heç vaxt özümüzü əsirgəməmişik”, – deyə Ciorcia Meloni vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button