Hadisə

“Qazlarım dəli oldu, fırlanıb öldülər” – VİDEO

Oğuzun Yaqublu və Yenikənd kəndlərində ev quşları kütləvi tələf olub. Quşlar arasında tələfat noyabr ayının sonundan başlayıb və bir həftə ərzində adıçəkilən kəndlərin əksər ərazilərini bürüyüb.

Sakinlərin sözlərinə görə, axşam yemlədikləri ev quşları səhərə sağ çıxmayıb. Sakinlərin əksəriyyətinə 2000-3000 manat maddi ziyan dəyib.

Anidən xəstəliyə tutulan ev quşlarına bəzi dərmanlar verilsə də, tələfatın kütləviliyinin qarşısını almaq mümkün olmayıb.

Zərərçəkən Səadət Babayeva deyir ki, ev quşlarının hamısı qırılıb: “Onları bazarda satanda xeyli miqdarda pul alırdıq. Qazlarım dəli oldu, fırlanıb öldülər. Hind quşları və toyuqların hini boş qalıb, hamısı tələf oldu. 2000 manatdan çox ziyan dəyib”.

Daha ətraflı Baku TV-nin süjetində:

https://youtube.com/watch?v=RI-tWxF5db8%3Fsi%3DNu5o9hYJ0VaNBbhk

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button