Xəbərlər

Psixoloqlar da sertifikasiya imtahanına cəlb oluna bilərlər – Günay Ağamalıdan TƏKLİF

Bəs günü-gündən sayı artan psixoloqlar necə sertifikasiya imtahanına cəlb olunmalıdırlarmı? Mövzu barədə Bizim.Media-ya danışan deputat, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib ki, psixoloqlar fundamental təhsilə malik olmalıdırlar:“Psixoloqların peşəkarlığı ilə bərabər həm də, etik kodekslərə cavab verməsi olduqca vacibdir. Bundan başqa psixoloqlarda səs tembri də olduqca mülayim və yatımlı olmalıdır. Hesab edirəm ki, psixoloqlar fundamental təhsilə malik olmalıdırlar. Bu peşənin texnikalarını bilmək üçün çox önəmlidir. Təbii ki, təhsilli psixoloqlar öz sahələrini daha genişləndirmək və daha çox biliyə malik olmaq üçün müxtəlif kurslardan və supervizyalardan keçməlidirlər. Ümumiyyətlə, psixologiya olduqca mürəkkəb və bir o qədər də həssas sahədir. Burada mütəxəssis həm də çox səbr və təmkin nümayiş etdirməlidir”.Milli Məclisin üzvü hesab edir ki, gələcəkdə psixoloqların da sertifikasiyadan keçmələri aktuallaşa bilər:“Bu zaman peşəkarlıq da öz sözünü deyə bilər və insanlar da mütəxəssis seçərkən yanılmazlar. Burada bir məqamı da xüsusi diqqətə çatdırmaq istərdim ki, psixoloqlar özlərinə konkret profil seçməlidirlər daha doğrusu uşaq psixoloqu, klinik psixoloq, ailə psixoloqu, məktəb psixoloqu, yeniyetmələrlə işləyən psixoloq, xüsüsi qayğıya ehtiyacı olan uşaqlarla işləyən psixoloq və sairə kimi kateqoriyalarında seçim etməlidirlər. Eyni ilə necə ki, həkimlər də kateqoriyalara, yəni pediatr, terapevt, kardioloq, fizioterapevt, endokrinoloq və sairə bölünürlər. Təssüf ki, ölkəmizdə bu problem var. Yaxşı olar ki, yuxarıda təsnifatını apardığım peşəkar yanaşma ölkəmizdə də tətbiq olunmaqla öz töhfəsini versin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button