Hadisə

4 nəfəri aldadıb kartına pul köçürən Bakı sakini tutuldu

Gəncə şəhər sakini olan 4 nəfəri aldadan şəxsin müxtəlif vaxtlarda 235, 100, 65 və 55 manat olmaqla onların ümumilikdə 455 manatını hesabına ödətdirərək ələ keçirməsi barədə polisə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, keçirilən əməliyyat tədbirləri ilə dələduzluq əməlində şübhəli bilinən Bakı şəhər sakini 33 yaşlı F.Şirəliyev Suraxanı RPİ 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button