Xəbərlər

Bakının 11 milyonçusu arasında 98 bina tikdirən, 413 milyon pulu olan yeganə şəxs Ağa Musa Nağıyev imiş. Bu mənada milyonçular arasında birincilik qazanıb”.

Qerbiazerbaycanaz.tv xəbər verir ki “Bakının 11 milyonçusu arasında 98 bina tikdirən, 413 milyon pulu olan yeganə şəxs Ağa Musa Nağıyev imiş. Bu mənada milyonçular arasında birincilik qazanıb”. Bu sözləri Pravda.az-a müsahibəsində Ağa Musa Nağıyevin nəvəsi, “Milli dəyərlərin qorunması” İctimai Birliyinin təsisçisi, 84 yaşlı Dilarə Ağamusa Nağıyeva deyib.O, babasının indiyədək İsveçrə bankında qalan milyonları barədə də danışıb: “Aldığım məlumatlara görə, pullar İngiltərə və İsveçrə banklarındadır. Bu, 90% doğru məlumatdır. Müəyyən sənədlərə görə o pullar hələ də bir az əlçatmazdır…”Dilarə Ağamusa bildirib ki, o, Ağa Musa Nağıyevin təkcə nəvəsi deyil, həm də tədqiqatçısıdır: “Şollar suyunun Bakıya çəkilmə xərcinin də 75 faizini babam öz üzərinə götürmüşdü. 33 milyona başa gələn “su çəkmənin” 24 milyonunu Ağa Musa Nağıyev ödəyib. 35 imkansız ailənin vəsiyyətinə əməl edərək, onların nəşini Kərbəlaya göndərib. O, səhiyyəyə, təhsilə də böyük önəm verib. Onun xeyriyyə işləri çox olub, sadəcə, hamısını sadalamaq çətindir. Xeyriyyəçiliyinin sübutudur ki, gənc yaşında dünyasını dəyişmiş oğlu İsmayılın xatirəsinə tikdirdiyi – Bakının tacı sayılan “İsmailiyyə” binasını ilk Xeyriyyə Cəmiyyətinə hədiyyə edib. Fəxr edirəm ki, məhz Ağa Musa Nağıyev Bakının 11 milyonçusu arasında birincilik qazanıb”.Ağa Musa Nağıyevin nəvəsi deyib ki, babasının qəbir yeri dörd dəfə dəyişdirilib: “Dövrün “tələbinə” görə Kərbəlada dəfn edilməsi niyyəti ilə Ağa Musa Nağıyevin “əmanət” qəbrinin yeri 3 dəfə: 1919, 1931 və 1938-ci illərdə dəyişdirilib. Nəhayət, 1998-ci ildə onu Biləcəri qəbiristanlığında dəfn etmişik. “İsmailiyyə” binasının maketini məzarı üzərinə qoyulandan düşünürdüm ki, onun məzarüstü heykəli ucalmalıdır. 2016-cı ildə bu arzuma da çatdım”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button