Bərdədə Zəfər Günü münasibətilə tədbir keçirildi

07 Noyabr 2024-cü il tarixində Qarabağ Regional Təhsil İdarəsinin Bərdə rayonu üzrə təhsil sektoru və Bərdə rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi Milli Qəhrəman Elgiz Kərimov adına 4 saylı tam orta məktəb birgə təşkilatçılığı ilə Bərdə Şəhər 4 saylı tam orta məktəbdə “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Bərdə rayon üzrə təhsil sektorunun müdiri Qurban Məmmədov açaraq bütün müəllim və şagirdləri Zəfər bayramı münasibətilə təbrik etdi. Tədbirdə Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri cıxışlar etmişdir. Şəhər 6 nömrəli və 2 nömrəli və 4 nömrəli məktəbin şagirdləri ” Zəfər günü” nə həsr olunmuş tədbirdə öz ifaları ilə çıxış etdilər.




