Oktyabrın 26-da Qərbi Azərbaycan İcmasında Qafan Rayon icma nümayəndələrinin toplantısı keçirilib.

Əvvəlcə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Qərbi Azərbaycan Şəhidləri” kitabı ilə bağlı ətraflı məlumat verib.Sədr kitabda 20 Yanvar 1990-cı ildə, I Qarabağ müharibəsində, 44 gün sürən Vətən Müharibəsində (II Qarabağ müharibəsi) və antirerror tədbirləri zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qərbi azərbaycanlı və Qərbi Azərbaycan kökənli şəhidlərdən bəhs olunduğunu qeyd edib.Əziz Ələkbərli hazırda kitabın II cildi üzrə işlərin getdiyini də vurğulayıb.Sonra Qafan Rayon İcmasının sədri, professor Eldar Abasov Qərbi Azərbaycan şəhidlərinə hərs edilmiş kitabın 1-ci cildində Qafan rayonundan olan şəhidilərimiz haqda məlumatların yer aldığını və kitabın gənclərimizin vətənpərvər ruhda tərbiyə edilməsində böyük rolu olacağını qeyd edib. Şəhid valideynləri və digər natiqlər də çıxış edərək kitab haqqında öz dəyərli fikirlərini bölüşüblər.Tədbirin gedişatında həmçinin tədbir iştirakçılarından bəzilərinə İcmaya üzvlük vəsiqələri də təqdim olunub.










