Xəbərlər

Pakistanın Azərbaycandakı sabiq səfirinin köməkçisi Vüsal Hümbətzadə ilə – MÜSAHİBƏ

Pakistanın Azərbaycandakı sabiq səfirinin köməkçisi Vüsal Hümbətzadə ilə – MÜSAHİBƏÖncə müsahibə üçün təklifimizi qəbul etdiyiniz üçün sizə minnətdarıq. Pakistanla bağlı təəssüratlarınızı bilmək istərdik.- Pakistanla bağlı təəssüratlarıma, çox müsbətdir. Pakistan çox gözəl, inkişaf etmiş bir ölkədir. Hesab edirəm ki, İslamabadd hazırda dünyanın ən müasir, ən modern şəhərlərindən biridir. Burada çox sayda inşaat işləri aparılır, körpülər, keçidlər tikilir. İslamabadd günbəgün gözəlləşir və modernləşir. Məni sevindirən əsas məsələ odur ki, Pakistan insanı Azərbaycanı çox sevir, bizi heç də yad kimi qarşılamırlar.Pakistanla Azərbaycan arasında Sizcə hansı oxşar və fərqli cəhətlər mövcuddur?- Pakistan və Azərbaycan hər ikisi müsəlman ölkəsidir. Bizim bağlılığımız İslam bağlılığıdir. İkincisi isə Pakistan və Azərbaycan heç də bir-birlərinə uzaq deyillər, oxşardılar. Tarixə nəzər salsaq, görərik ki, ölkələrimiz arasında əsrlər boyu dostluq, qardaşlıq münasibətləri mövcud olub. Hətta bizim müsəqilliyimizdən öncəyə qayıtdıqda görərik ki, qədim İpək yolu Pakistan və Azərbaycanı birləşdirib. Dəvə karvanları Pakistandan İpək yolu vasitəsilə Azərbaycana gəlib. İçərişəhərdə olan Musa saray Pakistanda bir şəhərin adıdır. Bu da insanlarımız arasında ta qədimlərdən gələn sıx münasibətləri təcəssüm etdirir. Azərbaycan müstəqillik qazanandan sonra da Pakistanla bir çox sahələrdə dostluq, əməkdaşlıq etməyə başladı. Bildiyimiz kimi, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Hazırda da ölkələrimiz arasında gediş-gəliş mövcuddur. Hətta, bir çox pakistanlı soydaşlarımız azərbaycanlı xanımlarla ailə həyatı qurublar. Azərbaycanla Pakistanı biləşdirən bir çox ünsürlər var. Onu da deyim ki, Pakistanın nazirlərindən biri azərbaycanlı xanımla evlidir. Bizdə olan məlumata görə, yüzdən çox pakistanlı Azərbaycanda ailə həyatı qurub yaşayır. Yəni, Azərbaycanla Pakistanı qədimdən bu günə kimi birləşdirən bir çox tellər mövcuddur.Qeyd etdiniz iki, ölkələrimiz arasında mövcud olan strateji əlaqələr çox yüksək səviyyədədir. Bilmək istərdik ki, Azərbaycanın Pakistana qarşı mövqeyində sizi qane etməyən tərəflər varmı?- Mən belə düşünmürəm. Əgər biz yüksək səviyyəli münasibətlərdən danışırıqsa, bizi qane etməyən cəhət və ümumiyyətlə belə bir şey ola bilməz. Lakin şəxsən mənim qane olmadığım əsas məsələ ölkələrimiz arasında iqtisadi münasibətlərin yüksək səviyyədə olmamasıdır. Biz nədənsə siyasi əlaqələrimizi yüksək iqtisadi münasibətlərdə göstərə bilmirik. Təəssüflər olsun ki, iqtisadi münasibətlərimiz çox aşağı səviyyədədir. Mən çox istərdim ki, Azərbaycanla Pakistan arasında olan dostluq, qardaşlıq əlaqələri iqtisadi əlaqələrin canlanmasına gətirib çıxartsın. Bundan savayı məni qane etməyən heç bir məsələ yoxdur.Qeyd etdiniz iki, ölkələrimiz arasında mövcud olan strateji əlaqələr çox yüksək səviyyədədir. Bilmək istərdik ki, Azərbaycanın Pakistana qarşı mövqeyində Pakistanı qane etməyən tərəflər varmı?- Mən belə düşünmürəm. Əgər biz yüksək səviyyəli münasibətlərdən danışırıqsa, bizi qane etməyən cəhət və ümumiyyətlə belə bir şey ola bilməz. Lakin şəxsən mənim qane olmadığım əsas məsələ ölkələrimiz arasında iqtisadi münasibətlərin yüksək səviyyədə olmamasıdır. Biz nədənsə siyasi əlaqələrimizi yüksək iqtisadi münasibətlərdə göstərə bilmirik. Təəssüflər olsun ki, iqtisadi münasibətlərimiz çox aşağı səviyyədədir. Mən çox istərdim ki, Azərbaycanla Pakistan arasında olan dostluq, qardaşlıq əlaqələri iqtisadi əlaqələrin canlanmasına gətirib çıxartsın. Bundan savayı məni qane etməyən heç bir məsələ yoxdur.Son zamanlar Azərbaycana gələn Pakistan vətəndaşlarının sayı ötən illərlə müqayisədə xeyli çoxalıb. Onlar ölkəmizdə hansı problemlərlə üzləşirlər?- Qeyd edim ki, Azərbaycana üç qrupdan ilan pakistanlı gəlir. Bunlardan bir qismi Azərbaycana gələrək burda azərbaycanlı xanımlarla evənirlər. Onların artıq Azərbaycanda ailə bağları movcuddur. Hətta, onlar ölkənizdən çox razıdırlar və heç bir şikayətləri də yoxdur. İkinci növ pakistanlılar isə Azərbaycana gəlib burada işləməyə can artırlar. Xüsusən də xarici şirkətlərin tərkibində işləmək üçün Azərbaycana gələn pakistanlılar da öz həyatlarından razıdırlar. Onlar da heç nədən şikayətçi deyillər, hər şey qaydasındadı. Axırıncı bir kateqoriya var ki, onlar Azərbaycanla bağlı məlumatsız olduqları halda bura gəlib iş tapmaq, çalışmaq istəyirlər. Bu insanlar gəlirlər Azərbaycana halbuki, bir çox şeyi bilmirlər. Onlara yalniş məlumat verirlər. Belə olan halda Azərbaycana gələrək dəyişik şeylərlə qarşılaşırlar. Müsahibə üçün təşəkkür Müsahibəni aldı: jurnalist Mehin Hümbətova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button