Daşkəsəndə kooperativ təsərrüfatın üstünlükləri barədə növbəti maarifləndirmə aparılıb

Oktyabrın 16-da Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzi ilə birgə Güneykənd kəndində torpaq mülkiyyətçiləri ilə maarifəndirici görüş keçirib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Elmin Paşayev çıxışında diqqətə çatdırıb ki, fermerlərin və kənd təsərrüfatı məhsulları istehsalçılarının kooperativ təsərrüfatlarda birləşməsi onların təsərrüfat maraqlarının qorunmasına, aqrar istehsalın səmərəliliyinin yüksəldilməsinə, məhsullarının rəqabətqabiliyyətinin artmasına əhəmiyyətli təsir göstərir. Bu baxımdan kənd təsərrüfatında kooperasiyanın təşəkkül tapması həm dövlətin, həm də fermerlərin marağına uyğundur.
Sonra fikir mübadiləsi aparılaraq müraciət və təkliflər dinlənilib, maarifləndirici materiallar paylanıb.


