Sürix Universitetinə qəbul olan azərbaycanlı danışdı-MÜSAHİBƏ

- Özünüz barədə məlumat verin.
Mən Hümbətzadə Vüsal Nurəddin oğlu 2003-cü ildə anadan olmuşam. 2020-ci ildə Azərbaycan Dillər Universitetinə qəbul olub 2024-cü ildə həmin universitetin məzunu olmuşam. Bu il isə İsveçrənim Sürix Universitetinə qəbul olmuşam.
- Azərbaycan Universitetləri ilə İsveçrə Universitetləri arasında nə kimi fərqlər var?
Çox fərq var, bəzi şeylərə çox ciddi yanaşılır. İsveçrə Universitetləri Azərbaycan Universitetlərindən reytinqində üstündür. İsveçrə təhsil sistemi, dünyanın ən güclü təhsil sistemlərindən biridir.
- Ətrafınızda motivasiya verən, yoxsa ruhdan salan insanlar çoxdur? Motivasiya edən tanışlarım çoxdur. Evdə də hər kəs məni dəstəkləyirdi.
- Uğurunuzun sirri nədir?
Əsas olan qarşınıza məqsədlər qoymaq və o məqsədlərə bir-bir çatmaqdır.
Azərbaycanda Universitet müəllimləri tələbələri məqsədli olmağı aşılaya bilirlər?
-Məncə kifayət qədər savadlı müəllimlərimiz mövcuddur ki, tələbələri bu amili aşılasın. Mənim yniversitetimdə müəllimlərimin əksəriyyətinin verdiyi məsləhətlər, aşıladığı fikirlər, prinsiplər hələ də mənə kömək edir. Bu təkcə müəllimlərdən yox, ailədən və insanın özündən asılı olan bir şeydir.
- Gənclər və xaricdə təhsil almaq istəyənlərə sözünüz…
Özünüzə inanın. Savadlı insan savadlı övlad böyüdür, millətini xaricdə yaxşı cəhətlərlə təmsil edir, həyatını min qat artıq mükəmməlləşdirir. Oxumağı gərək adam özü istəsin. Ev tapşırıqlarını etməyə valideyn sizi məcbur edəcəksə, işiniz çətin olacaq. Məsuliyyəti boynunuza götürün.
- Müsahibə üçün sizə təşəkkür edirəm
Təşəkkürlər
Müsahibəni aldı: Narmin Ahmet