Bugün mərhum Generalımız Rasim Musayevin anım günüdür dərin hüznlə yad edirik ruhun şad olsun Vətən oğlu.

Yaxşı əməllər insanı əbədi yaşadır.
Elimizin Göyçəmizin qüruru Əslən Göyçə mahalının Kiçik Məzrə kəndindən olan eloğlumuz Rasim Musayev daim bizlərin qəlbində yaşayacaqdır.
Rasim Musayev 10 iyun 1960-cı ildə Tərtər rayonununda anadan olub. Əslən Göyçə mahalının Kiçik Məzrə kəndindəndir.
Peşəkar polis işçisi olan Rasim Musayev uzun illər Daxili İşlər Orqanlarında xidmət edib. O, təcrübəli polis əməkdaşı olmaqla yanaşı, öz peşəkarlığı, cinayətkarlığa qarşı mübarizədə prinsipiallığı, həmçinin, polis əməkdaşları arasındakı şəxsi nüfuzuna görə həmişə diqqəti çəkib və yuxarı instansiyalar tərəfindən qiymətləndirilmişdir.
Həmkarları və ictimaiyyət arasında böyük nüfuz sahibi olan,Rasim Musayev çoxsaylı cinayət törətmiş dəstənin aşkar edlməsi, sui-qəsdlərin, ev oğurluqlarının, qətillərin və digər cinayət hadisələrinin törədilməsində iştirakçı olan şəxslərin yaxalanmasında bir bölmə rəisi kimi xüsusi xidmətləri olmuşdur.
Binəqədi Rayon Polis İdarəsi rəisinin birinci müavini, Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin rəisi, 2005-2007-ci illərdə Cəlilabad Rayon Polis şöbəsinin rəisi, 2007-2013-cü illərdə isə Gəncə Şəhər Polis İdarəsinin rəisi vəzifələrində çalışıb.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.
Rasim Musayev xahişi nəzərə alınaraq,2013-cü il yanvarın 21-də Daxili İşlər nazirinin əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib. 2013-cü ilin fevral ayının 2-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib. 4 sentyabr 2015-ci ildə Bakı şəhərində ürəktutmasından vəfat etmişdir.
Ailəli idi. İslam, Firuzə və Lalə adlı üç övladı var.
(mərhumun 3 mərasimində) yaxınları onun məzarı üstünə gedirlər. Görürlər ki, yaşlı bir kişi məzarın ayaq hissəsində dizi üstündə durub ağlayır. Heç kim tanımır bu kişini. Yaxınlaşıb kim olduğunu soruşurlar. Məlum olur ki, kişi şəhid atasıdır. Nə üçün ağladığını isə belə izah edir:
“Şəhid oğlumun məzar daşı köhnəlmişdi, bir neçə yerə müraciət etdim ki, dəyişsinlər. Etmədilər. Məsələdən təsadüfən Rasim müəllim xəbər tutub, gördüm ki, gecə ilə məni evdən polis bölməsinə apardılar. Rasim müəllim məni qapıda qarşılayıb dedi ki, bağışla, mənim xəbərim olmayıb, gözümün içinə baxa bilmirdi. Rasim müəllim qəbir daşını düzəltdirdi, özü də mənimlə məzarlığa getdi, oğlumun baş daşından öpdü, mənim də əllərimdən. Sonra özü mənə zəng edirdi həmişə, maraqlanırdı, bankdan kredit götürdüyümü eşitmişdi, zəng edib məni danladı ki, gəlib məndən alardın. Kreditimi də bağladı, hər ay evimə pul göndərirdi”..
Mən polis adı eşidəndə hər zaman bu Eloğlumuzdan danışıram Rasim Musayev biz səni heç vaxt unutmarıq həyatda olmasanız da Azərbaycan xalqının yaddaş və qəlbində daim var olacaqsınız. Allah Eloğlumuza rəhmət eləsin məkanı cənnət olsun ruhu şad olsun.
Yaxşı əməllər insanı əbədi yaşadır.
İctimai fəal:
Vaqif Məhəmməd oğlu
