Əslən Göyçə mahalının Kiçik Məzrə kəndindən olan eloğlumuz Emin Musayevin doğum günüdür.

Emin Musayev böyük bir nəsilin və böyük bir şəxsiyyətin davamçısıdır. Mərhum Generalımız Rasim Musayevin qardaşı oğludur. Eloğlumuz
Emin Musayevi 3 il olar tanıyıram həqiqətən çox sadə səmimi insandır. Dahilər deyib sadəlik mənəvi gözəlliyin əsas şərtidir. Xalqın məhəbbətini və inamını qazanmaq böyük bir şərtdir. Xoşbəxt o insandır ki, onlara verilən ömrü təkcə özləri, ailələri və yaxınları üçün yaşamırlar. Ömürlərini mənsub olduqları vətənin, xalqın xoş gələcəyinə həsr edə bilirlər.Belə insanlar tutduğu vəzifəyə görə deyil, etdiyi əməllərə görə tanınır, sevilirlər. Onlar ən yüksək vəzifəni, ən uca məqamı xalqa xidmətdə görür. Belələri bir evin, bir ailənin övladı olmaqdan çıxıb, bütöv bir millətin övladı ola bilirlər.
Hörmətli Emin müəllim doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu xoş fürsətdən istifadə edərək sizə möhkəm cansağlığı, səadət və istəklərinizdə, gələcək fəaliyyətinizdə uğurlar diləyirəm. Siz böyük dəyərlərə sahib olan, hamıya hörmətlə yanaşan, gənclərə örnək olan şəxsiyyətsiniz.
Vaqif Mehemmed Oğlu
