Cəmiyyət

Məhkəmə-Hüquq Şurasının Aparat rəhbərinə yeni müavin təyin olundu

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Aparat rəhbərinə yeni müavin təyin olunub.

E-huquq.az-ın məlumatına görə, bu vəzifə Rəşad Həsənliyə həvalə olunub.

Qeyd edək ki, R.Həsənli 2013-cü ildən ədliyyə sahəsində fəaliyyət göstərib. Nazirliyin Qanunvericilik baş idarəsinin İqtisadi normativ aktlar idarəsində baş məsləhətçi, daha sonra həmin idarənin rəisi vəzifəsində çalışıb. R.Həsənli bu təyinatadək Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button