İdman

Millimiz Beynəlxalq Cüdo Federasiyasının hesabatında medalların əyyarına görə ikinci olub

Beynəlxalq Cüdo Federasiyası (IJF) Paris Olimpiadasında fərdi yarışların nəticələrinə yekun vurub.

Oxu.Az xəbər verir ki, qurumun mətbuat xidməti yarışla bağlı hesabatda Azərbaycan millisinin iki qızıl medalını da qeyd edib.

IJF-in rəsmi saytındakı yazıda oyunlarda 122 ölkədən olan cüdoçuların iştirakı vurğulanıb:

“14 Olimpiya titulu 11 ölkə arasında bölünüb: Yaponiya, Azərbaycan, Fransa, Gürcüstan, Braziliya, Özbəkistan, Qazaxıstan, İtaliya, Xorvatiya, Kanada, Fransa və Sloveniya. 26 ölkə medal qazanıb və 37 ölkə final blokuna yüksəlib. Diqqətlə baxsaq, görərik ki, Yaponiya iki çempionluğu olan Azərbaycanı qabaqlayaraq, ümumi hesabda üç qızıl medalla birinci yerə çıxıb. Fransa isə bir qızıl medalla üçüncü yeri tutub. Lakin Teddi Rinerin qələbəsi də daxil olmaqla ümumilikdə doqquz medalla”.

Qeyd edək ki, Parisdə Olimpiya çempionu adını Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button