Gündəm

Azərbaycanda bu il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

Artıq seçkidə iştirak edən şəxslər hansı dairələrdən namizədliyini irəli sürəcəklərini elan edirlər.

Qerbiazerbaycanaz.tv xəbər verir ki, Lent.az-a açıqlama verən “Ana Vətən” partiyasının sədri Fəzail Ağamalı səhhəti ilə bağlı bu il parlament seçkilərində iştirak etməyəcəyini bildirib:

“Bu il iştirak etməyəcəm. Səhhətimdə bəzi problemlər var. Ona görə namizəd olmamağı qərara aldım”.

Partiya sədri qızının namizədliyi ilə bağlı xəbərlərə də aydınlıq gətirib.

Onun sözlərinə görə, qızı 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub:

“Bu il qızım seçkilərdə iştirak edəcək. Artıq namizədliyi təsdiq olunub. Qızım, Günay Ağamalı 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button